Yaponiya Ukraynaya yeni humanitar yardım paketini elan edib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, paketin ümumi dəyəri 470 milyon dollar olacaq.

Vurğulanır ki, vəsait xüsusilə minatəmizləmə və dağıntıların təmizlənməsi üçün lazım olan avadanlığın alınmasına, həmçinin infrastrukturun, o cümlədən Ukraynanın kənd təsərrüfatı sənayesi ilə bağlı bərpaya yönəldiləcək.

Ayrılan pul həm də hərbi əməliyyatlardan zərər çəkmiş ölkənin enerji sisteminin bərpasına sərf olunacaq.

Tokionun son bir ildə Kiyevə göndərdiyi humanitar yardımın ümumi məbləği 1,6 milyard dolları ötüb.