Taylandın yeni hökuməti 2024-cü ilə qədər turizm gəlirlərini 94 milyard dollara çatdırmağı planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin yeni Baş naziri Srettha Thavisin "X" sosial şəbəkəsindən məlumat açıqlayıb.

Onun sözlərinə görə, hazırda ölkənin turizm gəlirləri 54 milyard dollar civarındadır: "COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra turistlər artıq ölkəyə səfər edirlər. Buna görə də hava limanlarını təkmilləşdirmək və immiqrasiya proseslərini optimallaşdırmaq lazımdır".

 

Gözəl Həşimova