Hindistan 2028-ci ilə qədər qlobal iqtisadi artımın 18%-ni təşkil edəcək və dünya iqtisadiyyatında əsas rol oynayacaq.

Bu barədə İqtisadiyyat.az "Business Standard" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, Çinin iqtisadi yavaşlaması fonunda Hindistanın sürətli böyüməsi qlobal iqtisadiyyata daha çox töhfə verəcək.

Bununla belə, iqtisadi ölçü baxımından Çin dominant olaraq qalır. BVF-nin son hesablamalarına görə, Çinin nominal ümumi daxili məhsulu 2028-ci ilə qədər 23,61 trilyon dollara, Hindistanınki isə 5,94 trilyon dollara yüksələcək.

BVF Hindistan iqtisadiyyatının həm bu il, həm də 2024-cü ildə 6,3% artacağını təxmin edir.

 

Gözəl Həşimova