Avstraliya İrana qarşı yeni sanksiyalar tətbiq edib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, sanksiya siyahısını 13 şəxs və bir təşkilat daxil edilib. Sanksiyalara səbəb bu şəxs və qurumların Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli olmalarıdır.

 “Paravar Pars” və “Qods Aviation Industries”, həmçinin İran PUA-larını Rusiya Federasiyasına göndərən “Safiran Airport Services” şirkətlərinin rəhbərlərinə qarşı sanksiya tətbiq edilib.