Hindistan 2028-2029-cu illərdə yerli uzun mənzilli hava hücumundan müdafiə sistemi yaratmağı planlaşdırır.

Bu barədə İqtisadiyyat.az “The Times of India”ya istinadən xəbər verir.

Məlumata görə, Hindistan Müdafiə Araşdırma və İnkişaf Təşkilatı “Kuşa” layihəsi çərçivəsində "LR-SAM" uzun mənzilli zenit-raket kompleksi hazırlayır. Sistem, xüsusiyyətlərinə görə, Rusiyanın "S-400"ləri ilə müqayisə oluna bilər.

Bildirilib ki, "LR-SAM"ın inkişafı Hindistan hökuməti tərəfindən 2022-ci ilin mayında təsdiqlənib.

 

Gözəl Həşimova