Almaniya bu ilin sonuna kimi dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) analitikləri proqnoz veriblər.

Məlumata görə, Almaniya iqtisadi ölçülərinə görə Yaponiyanı dünyanın ilk üç ölkəsi siyahısından sıxışdırıb çıxaracaq və bu ilin sonuna kimi üçüncü ən böyük iqtisadiyyata çevriləcək.

Belə ki, bu ilin dekabr ayının sonunadək Almaniya ümumi daxili məhsul (ÜDM) pul ifadəsində 4,43 trilyon dollar, Yaponiya ÜDM-i isə 4,23 trilyon dollar təşkil edəcək. Beləliklə, Almaniya iqtisadiyyatı bu ilin sonuna qədər Yaponiya iqtisadiyyatından 0,2 trilyon dollar böyük olacaq.

 

Gözəl Həşimova