Bütün seçki məntəqələri lazımi cihazlarla təmin olunub.

İqtisadiyyat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, bu məsələ MSK-nın diqqətindədir.

“Biz xüsusilə diqqət etməliyik. Qış aylarıdır və saat 5-6-dan sonra səsvermə kabinələrində olan işıqlar yanmalıdır. Buna xüsusi diqqət ayırmalıyıq. Çünki məntəqələrin birində belə problem olsa, deyəcəklər qəsdən edirlər. Bələdiyyə seçkilərində namizəd sayı çoxdur, o işıqlarda problem olmamalıdır ki, seçicilər namizədlərin adlarını görə bilsin”.