2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 4 min 440 ton miqdarında, 6 milyon 787 min ABŞ dolları dəyərində süd və qaymaq alıb.

İqtisadiyyat.az Valyuta.az-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 350 ton (8,6%) çox, 2 milyon 123 min ABŞ dolları (23,8%) azdır. Ötən ilin eyni dövründə bu, miqdar ifadəsi ilə 4 min 50 ton, dəyər ifadəsi ilə 8 milyon 910 min ABŞ dolları olub.

Hesabat dövründə xaricdən alınan süd və qaymağın bir tonu üçün orta qiyməti 1 min 542 ABŞ dolları olub ki, bu da illik müqayisədə 658 ABŞ dolları və ya 29,9% ucuzdur. Ötən ilin eyni dövründə bu qiymət 2 min 200 ABŞ dolları olub.

Qeyd edək ki, bu dövrdə idxal olunan süd və qaymaq ümumi idxalın 0,12 faizini təşkil edib.