İqtisadiyyat.az xəbər verir ki, onlar təxminən 50 metrlik parklanma yerində 6-7 ədəd eyni nişana ehtiyac olmadığı qənaətindədirlər.
Bununla bağlı “Xəzər Xəbər”ə video göndərən şəxs küçədə eyni ərazidə parklanma nişanlarının sayının hədsiz çox olduğunu deyir. Məlum olur ki, həmin ünvan paytaxtın Nəsimi rayonu, Mikayıl Rəfili küçəsidir.
Bir hərəkət istiqaməti olan yolda tıxaclar da müşahidə edilir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sözçüsü Tural Orucov bildirdi ki, bu məntəqələrin yanaşı olmasında hər hansı bir uyğunsuzluq yoxdur.
Başqa sözlə, nişanların sayının çox olmasının səbəbi parklanma yerlərində əlilliyi olan şəxslər üçün xüsusi yer ayrılması və ona uyğun nişanlanmanın aparılmasıdır. Həmin nişanlardan sonra yenidən küçə boyu adi parklanma nişanları quraşdırılır.