2007-ci il istehsalı olan "Apple iPhone" hərracda ilkin satış qiymətindən 300 dəfə baha satılıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, birinci nəsil "Apple iPhone" hərracda 190 372 dollara satılıb.

Hərracda ilkin olaraq 599 dollara alınmış modelin hələ də zavod qablaşdırmasında və əla vəziyyətdə olduğu bildirilib.

Əlavə edək ki, "iPhone" buraxıldıqdan sonra tez bir zamanda "Apple"ın ən uğurlu məhsulu olub və "Time" jurnalı tərəfindən 2007-ci ilin ixtirası seçilib.

 

Gözəl Həşimova