Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya üzrə elmlər doktoru, dosent Əfsun Sucayevə yeni elmi ad verilib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Prezident yanında Ali Attestasiya Komissiyası qərar imzalayıb.

Qərara əsasən, Sucayev Əfsun Rəzzaq oğluna elmi-pedaqoji fəaliyyətə görə “Üzvi kimya” ixtisası üzrə professor elmi adı verilib.