Bu ilin iki ayında dünyada xərçəng xəstəliyindən dünyasını dəyişənlərin sayı açıqlanıb.

Bu barədə İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir.

Qeyd edilib ki, yanvar və fevral aylarında dünyada 1,5 milyona yaxın insan xərçəngin qurbanı olub.

Hazırda dünyada onkoloji diaqnozdan sonra remissiya mərhələsində olan təxminən 44 milyona yaxın xəstə var.

Xərçəng xəstəliklərinin yaranma səbəblərini müəyyən etmək mümkün olmasa da, erkən müdaxilə nəticəsində həmin xəstəliklərin təxminən üçdəbir hissəsinin inkişafının qarşısını almaq olar. Mütəxəssislər deyir ki, xərçəngə yoluxma hallarının 40 faizə qədərinin qarşısını almaq mümkündür. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, onkoloji xəstələrin təxminən 70 faizinin şüa terapiyası ilə müalicəsinə ehtiyac var.

Xərçəngdən ölüm halları daha çox ağciyər, mədə, qaraciyər, yoğun bağırsaq və süd vəzi xərçəngi ilə əlaqədar olur.

 

Gözəl Həşimova