İqtisadiyyat.az xəbər verir ki, bu barədə beynəlxalq brend qiymətləndirmə təşkilatı "Brand Finance" tərəfindən hazırlanan "Dünyanın 500 Ən Dəyərli Markası" araşdırması yekunlaşıb.
Araşdırmalara görə, "Apple" keçən il olduğu kimi bu il də 574,5 milyard dollarla dünyanın ən dəyərli markası olaraq təyin olunub. Şirkətin brend dəyəri 2024-cü ildə 516,6 milyard dollar olub.
"Apple"ı təqribən 461,1 milyard dollarla "Microsoft" və 413 milyard dollarla "Google" izləyir. "Microsoft"un dəyəri ötən il 340,4 milyard dollar, "Google"un isə 333,4 milyard dollar olub.
Tədqiqatın nəticələrinə görə, ABŞ ölkələr sıralamasında açıq-aşkar irəlidədir. Qlobal 500 siyahısında yer alan şirkətlərdən 190-ı ABŞ, 55-i Çin, 36-sı Yaponiya, 35-i Fransa, 27-si Almaniya və 17-si Böyük Britaniyadan olan şirkətlərdir.
Bu il üzrə dünyanın ən qiymətli 15 brendi isə bunlardır:
Brend |
Dəyəri |
Apple |
574.5 milyard dollar |
Microsoft |
461.1 milyard dollar |
|
413 milyard dollar |
Amazon |
356.4 milyard dollar |
Walmart |
137.2 milyard dollar |
Samsung |
110.6 milyard dollar |
TikTok |
105.8 milyard dollar |
|
91.5 milyard dollar |
NVIDIA |
87.9 milyard dollar |
State Grid Corporation of China |
85.6 milyard dollar |
Deutsche Telekom |
85.3 milyard dollar |
|
79.9 milyard dollar |
ICBC |
79.1 milyard dollar |
China Construction Bank |
78.4 milyard dollar |
Verizon |
72.3 milyard dollar |
Gözəl Həşimova