Hər bir ölkənin ümumi iqtisadi artımına töhfə verən özünəməxsus xüsusiyyətləri və regional güclü tərəfləri var.

İqtisadiyyat.az-ın araşdırmasına görə, ÜDM-i 30 trilyon dollardan çox olan ABŞ dünyanın ən böyük iqtisadiyyatıdır. Çin isə iqtisadi artıma böyük sərmayə qoymağa davam etdiyi üçün bu siyahıda ikinciliyini qoruyur.

Siyahıda sonrakı yerləri Almaniya, Yaponiya və Hindistan tutur. Hindistan hazırda dünyanın ən böyük 5-ci iqtisadiyyatı hesab olunur. Lakin bu ilin sonunda ölkənin 4,270 trilyon dollar nominal ÜDM ilə Yaponiyanı üstələyərək dünyanın ən böyük 4-cü iqtisadiyyatı olacağı gözlənilir.

Bundan əlavə, Beynəlxalq Valyuta Fondu 2027-ci ilə qədər Hindistanın Almaniyanı geridə qoyaraq dünyanın 3-cü ən böyük iqtisadiyyatına çevriləcəyini proqnozlaşdırır. 

Beynəlxalq Valyuta Fondunun sonuncu hesabatına əsasən, bu il üçün dünyanın ən böyük 10 iqtisadiyyatı bunlar olacaq:

Ölkə

ÜDM həcmi

Adambaşına düşən ÜDM

ABŞ

30,3 trilyon dollar

89,68 min dollar

Çin

19,5 trilyon dollar

13,87 min dollar

Almaniya

4,9 trilyon dollar

57,91 min dollar

Yaponiya

4,3 trilyon dollar

35,6 min dollar

Hindistan

4,2 trilyon dollar

2,94 min dollar

Böyük Britaniya

3,7 trilyon dollar

54,28 min dollar

Fransa

3,2 trilyon dollar

49,53 min dollar

İtaliya

2,4 trilyon dollar

41,71 min dollar

Kanada

2,3 trilyon dollar

55,89 min dollar

Braziliya

2,3 trilyon dollar

10,82 min dollar

 

Gözəl Azadəliyeva