Yanvar-iyun aylarında ölkədən ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısına pomidor (138,1 milyon dollar) birinci, pambıq mahlıcı (74,9 milyon dollar) ikinci və qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda 70,4 milyon dollar) üçüncü olub.

Cari ilin birinci yarısında meyvə-tərəvəz ixracının dəyəri 318,4 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 103,3 milyon, pambıq lifi ixracı 75,7 milyon, elektrik enerjisinin ixracı 51,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 46,7 milyon, kimya sənayesi məhsullarının ixracı 45,6 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 30 milyon, pambıq ipliyi ixracı 14,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracının dəyəri isə 15,5 milyon dollar təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında pambıq lifinin ixracı 2,6 dəfə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,2 dəfə, kimya sənayesi məhsullarının ixracı 49 faiz, pambıq ipliyinin ixracı 47 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 44 faiz, meyvə-tərəvəzin ixracı 15 faiz artıb.(azərtac)