İdman yarışları zamanı ölkəmizi təmsil edəcək milli yığma komandaların üzvlərinin fəaliyyətinin (sağlamlıq və fiziki hazırlıq) beynəlxalq norma və qaydalara uyğun təmin edilməsi məqsədilə cari il ərzində onların müayinə, müalicə və reabilitasiyasına ayrılmış vəsaitin həcmi məlum olub.
Bu barədə İqtisadiyyat.az Gənclər və İdman Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, idmançılarımıza qeyd olunan xidmət Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunda göstəriləcək. Nazirlik bunun müqabilində instituta 1 milyon manat vəsait ayırıb.