Bu ilin yanvar-fevral aylarında dövlət satınalmalarının ümumi məbləği 1119,4 mln. manat olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "Twitter"də paylaşım edib.

“Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,7% artım deməkdir. Belə ki, 2022-ci ilin yanvar-fevral aylarında dövlət satınalmalarının ümumi məbləği 890,2 mln. manat təşkil edib”, - deyə qeyd edib.