"Peşə hazırlığına tələbə qəbulunda hər il say artmaqda davam edir. 2020-ci ildən bəri bu sahədə 60 faizdən çox artım var".
İqtisadiyyat.az xəbər verir ki, bu sözləri “Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu” mövzusunda keçirilən müzakirədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.
"Peşə təhsilində adambaşı maliyyələşmə mexanizminə keçid edilib. Builki dövlət büdcəsindən peşə təhsili üçün 82.2 milyon manat vəsait ayrılıb".