"Bu il yeni mərkəzlərin açılması ilə, eyni zamanda, 5 saylı DOST mərkəzinin açılması ilə Bakıda mərkəzlərin sayı yekunlaşdırılacaq".

Bunu DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev deyib.

Sədr müavininin sözlərinə görə, bu il əsas regional mərkəzlərin Bərdədə, Qubada, Sabirabadda və Gəncə şəhərində açılması planlaşdırılır”.

O qeyd edib ki, DOST Agentliyi artıq Bakı şəhərini tam əhatə edir: "Qarabağ proqramı ilə bağlı onu deyə bilərəm ki, Zəngilanın Ağalı kəndində ilk məskunlaşma həyata keçiriləcək. Orada xüsusi ağıllı DOST konsepsiyasının həyata keçirilməi nəzərdə tutulub. Prezidentin bu ili Şuşa ili elan etməsi ilə bağlı bu ilin dekabrında Şuşa DOST filialının açılışı nəzərdə tutulub".