Logo

Bu il Azərbaycanın Türkiyədən idxalı 7 %-dən çox artıb


Bu ilin yanvar-may aylarında Azərbaycan və Türkiyə arasında ümumi dəyəri 1 milyard 867 milyon 447,52 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 652,32 min ABŞ dolları və yaxud 0,2 % çoxdur.

Hesabat dövründə iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsi ümumi xarici ticarətin 15,8 %-nə bərabər olub.

Bu ilin beş ayı ərzində Azərbaycanın Türkiyəyə ixracının dəyəri 1 milyard 207 milyon 014,94 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 42 milyon 590,9 min ABŞ dolları və yaxud 3,41 % azdır.

Azərbaycanın Türkiyədən idxalının dəyəri isə 660 milyon 432,58 min ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 46 milyon 243,22 min ABŞ dolları və yaxud 7,53 % çoxdur.

Azərbaycanın Türkiyəyə ixracı ümumi ixracının 16,25 %-nə, Türkiyədən idxalı isə ümumi idxalının 15,03 %-nə bərabər olub.

Nəticədə, bu ilin yanvar-may ayları ərzində Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsində 546 milyon 582,36 min ABŞ dolları müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 88 milyon 834,12 min ABŞ dolları və ya 14 % azdır.

2021-06-18 20:34:42 1538
Teqlər: