2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan 349,22 min dollar dəyərində ipək ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 48.3% və ya 327.38 min dollar azdır. Ötən ilin müvafiq dövründə Azərbaycan 676.6 min dollar dəyərində ipək ixrac edib.

Qeyd edək ki, hesabat dövründə ölkəmizə ipək idxalı 10.3 min dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4.2 dəfə və ya 7.89 min dollar çoxdur.