Cari ilin yanvar ayı ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 307.5 milyon manat olmaqla, əvvəlki ilin yanvar ayı ilə müqayisədə 9% azalıb.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 62,9%, neft koksunun istehsalı 32,4%, dizel yanacağının istehsalı 3% artıb, avtomobil benzininin istehsalı 4,5%, ağ neft istehsalı 16,8%, neft bitumu istehsalı 36,5%, mazut istehsalı isə 93% azalıb.