2023-cü ilin yanvar-aprel aylarında 266,8 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.8% azalma deməkdir.

İqtisadiyyat.az xəbər verir ki, hesabat dövründə yazlıq buğda səpini 3310.4 hektarda aparılıb ki, bu da 2022-ci ilin ilk 4 ayı ilə müqayisədə 20.4% azalma deməkdir.

Qeyd edək ki, cari ilin ilk 4 ayında kartof əkin sahələri 7.1%, tərəvəz əkin sahələri 7.9%, bostan əkin sahələri isə 22.4% azalıb.