Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 3 303 kq qızıl, 4 005,4 kq gümüş istehsal edilib.

İqtisadiyyat.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı ötən ilin müvafiq dövründən 7 % az, gümüş istehsalı 5 % çox olub.

Dekabrın 1-nə 316,8 kq qızıl, 91,3 kq gümüş ehtiyatı yaranıb.