Azərbaycanda ilin ilk rübündə 44 min 200 nəfər işlə təmin edilib, 683 şəxs kiçik ailə təsərrüfatı yaradıb.

Bu barədə İqtisadiyyat.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, agentlik tərəfindən yanvar-mart aylarında 98,6 minədək şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Bununla bərabər, 3,4 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 50,3 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.