Almaniyanın ən böyük hava limanı olan Frankfurt sabah sərnişinlər üçün bağlanacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hava limanını idarə edən "Fraport" məlumat yayıb.

Buna səbəb Frankfurt Hava Limanında təhlükəsizlik işçilərinin sabah tətil keçirmələridir.

Açıqlamada tətilin gün ərzində böyük aksamalara və uçuşların ləğvinə səbəb olacağı vurğulanıb. Belə ki, Frankfurt Hava Limanından uçuş edən sərnişinlər qanuni olaraq tələb olunan təhlükəsizlik yoxlamalarından keçə bilməyəcəklər.

Qeyd edək ki, Frankfurt və Hamburq hava limanlarının mühafizəçiləri əmək haqqı problemləri ilə bağlı sab ah tətil keçirəcəklər. Tətillə əlaqədar Hamburq hava limanında sabaha planlaşdırılan 141 reys təxirə salınıb.

 

Gözəl Həşimova