Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

İqtisadiyyat.az-ın məlumatına görə, 2023-cü il yanvarın 25-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, türk lirəsi isə 0.0904 manat təşkil edib. 1 Rusiya rublu 0.0245 manata enib. Avronun dollar qarşısında bahalaşması manata qarşı məzənnəsinə də təsir edib və bu gün 1 avro 1.8553 manata kimi yüksəlib. Başqa sözlə, avro ötən günlə müqayisədə 0,14% bahalaşıb.