Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor”) martın 3-dən Azərbaycanın 8 müəssisəsinin alma, 19 müəssisəsinin isə Rusiyaya pomidor ixrac etməsinə icazə verib.

”Rosselxoznadzor”un verdiyi məlumata görə, qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə video yoxlamalar zamanı seçilən məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrinə əsasən verilib.apa