Noyabrın 9-dan 24-dək Bakıda COP29 iştirakçıları üçün avtobusdan istifadə pulsuzdur.
Bu barədə İqtisadiyyat.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
"Bu tarixlərdə COP29 iştirakçıları akkreditasiya kartını təqdim etməklə ictimai nəqliyyatdan ödənişsiz istifadə edə biləcəklər", - AYNA-dan bildirilib.
***17:01
Bu gündən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün metro nəqliyyatından istifadə ödənişsizdir.
İqtisadiyyat.az Report-a istinadən xəbər verir ki, bunun üçün COP29 iştirakçıları akkreditasiya kartını təqdim etməlidir.
Qeyd edək ki, COP29 ərəfəsində ictimai nəqliyyatdan istifadənin ödənişsiz olması nəzərdə tutulub. Bura avtobus, metro və dəmir yolu nəqliyyatı daxildir.
COP29 noyabrın 11-dən 22-dək Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.