İqtisadiyyat.az xəbər verir ki, yeni gömrük yığımları ilə bağlı qərar gələn ilin yanvarın 1-nə qədər qüvvədə olacaq.
Qərara əsasən, gömrük yığımlarına əlavə olaraq aşağıdakı malların sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında yerləşdirilməsinə görə müvafiq məbləğlərdə idxal gömrük yığımları alınacaq:
- dəmirdən və ya aşqarlanmamış poladdan çubuqların 1 tonu üçün - 150 manat;
- şüşə məmulatlarının 1 tonu üçün - 100 manat;
- armaturlaşdırılmamış şüşələrin 1 tonu üçün - 100 manat.
Qeyd edək ki, sözügedən qərar ötən ay Baş nazir Əli Əsədovun imzaladığı sənədlə dəyişiklik edilmiş “Gömrük yığımlarının məbləğləri”nə əsasən qüvvəyə minib.