İqtisadiyyat.az bu günə olan tamaşaların siyahısını təqdim edir:

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında uşaqlar üçün "Sehirli nəğmə" tamaşası göstəriləcək. Tamaşa saat 12:00-da başlayır. Bilet 7 manatdır.

Şuşa Dövlət Musiqili Dram Teatrında İsgəndər Coşğunun eyniadlı əsəri əsasında hazırlanmış "Tənbəl dovşan" tamaşası nümayiş olunacaq. Tamaşa saat 12:00-da başlayır. Biletin qiyməti 7 manatdır.

Gənc Tamaşaçılar Teatrında "Qızıl balıq" tamaşası nümayiş olunacaq. Puşkinin "Balıqçı və qızıl balığın nağılı" əsərinin motivləri əsasında hazırlanmış səhnə əsərinin nümayişi saat 12:00-da baş tutacaq. Biletlərin qiyməti 6-8 manat arasında dəyişir.

Akademik Rus Dram Teatrında Vladimir Neverova məxsus "Угадай сказку!" adlı səhnə əsəri nümayiş olunacaq. Tamaşa saat 12:00-da başlayır. Biletin qiyməti 5 manatdır.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında uşaqlar və böyüklər üçün məşhur "Harry Potter" nümayiş olunacaq. Tamaşa saat 14:00-da başlayır. Biletlərin qiyməti 20-55 manat arasında dəyişir.

Sport Plaza Hoteldə Rüstəm İbrahimbəyovun əsəri əsasında hazırlanmış "Şirəbənzər" tamaşası nümayiş olunacaq. Bu sevgi dramının bileti 10 manatdır. Sport Plaza Hotel Heydər Əliyev prospektində yerləşir. Tamaşa saat 19:00-da başlayacaq və 187C binasının 15-ci mərtəbəsində nümayiş etdiriləcək.

Dövlət Yuğ Teatrında "Kloun Bizzz" adlı tamaşa nümayiş olunacaq. Tamaşa saat 19:00-da başlayır. Biletlərin qiyməti 5-15 manat arasında dəyişir. Yuğ Teatrı Azərbaycan Dövlət Kukla Teatrın binasında yerləşir.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında məşhur "Master və Marqarita" əsərinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq. Tamaşa saat 19:00-da başlayır. Biletlərin qiyməti 30-95 manat arasında dəyişir.

Şuşa Dövlət Musiqili Dram Teatrında “Aktyor əbədiyyətə qovuşanda” tamaşası nümayiş olunacaq. Dünya şöhrətli yazıçı Miro Qavranın eyniadlı pyesinin motivləri əsasında hazırlanan tamaşa saat 19:00-da başlanır. Biletin qiyməti 10 manatdır.

Bu gün "M Teatr"da Stefan Svayqın "Yad qadının məktubu" əsəri əsasında eyniadlı tamaşa nümayiş olunacaq. Tamaşa 19:00-da başlayacaq. Biletlər 10-20 manat arasında dəyişir. "M Teatr"ı Tbilisi prospekti 76 ünvanında, "Qanun" nəşriyyatının binasında yerləşir.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli ispan yazıçısı Migel de Servantesin "Don Kixot" romanının motivləri əsasında hazırlanan "Psix" tamaşasının premyerası olacaq. Tamaşada dahi bəstəkar Qara Qarayevin "Don Kixot" simfonik qravürlərindən istifadə edilib. Yaşı 18-dən yuxarı olanlar üçün nəzərdə tutulmuş səhnə əsərinin quruluşçu rejissoru Ər-Toğruldur. Tamaşa saat 19:00-da başlanır. Biletlərin qiyməti 7-12 manat arasında dəyişir.

Akademik Rus Dram Teatrında "Yuxularımdan çəkil" adlı tamaşa nümayiş olunacaq. Biletin qiyməti 15 manatdan başlayır.

Akademik Milli Dram Teatrında "Zorən Şorgöz" adlı tamaşa nümayiş olunacaq. Səhnə əsəri saat 19:00-da başlanır. Biletlərin qiyməti 7-12 manat arasında dəyişir.

Gənc Tamaşaçılar Teatrında dahi Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq. Tamaşa saat 19:00-da başlanır. Biletlərin qiyməti 8-10 manat arasında dəyişir.

Bu gün Marionet Teatrında "Leyli və Məcnun" tamaşası nümayiş olunacaq. Səhnə əsəri saat 19:00-da başlanır. Biletlərin qiyməti 14-19 manat arasında dəyişir.