İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Rusiya və Türkiyə prezidentləri bu gün Soçidə görüşəcəklər. 

Bu gündən məktəbəqədər, ibtidai sinif 1-ci və orta məktəb 9-cu sinif şagirdləri inteqrasiya proqramına başlayacaqlar. 

Bu gün saat 10:00-dan Bakının bəzi ərazilərinə qazın verilməsi dayandırılacaq. Bu xəttlərdə aparılacaq işlərlə bağlıdır. İşlərin getdiyi müddətdə Qaradağın Sahil qəsəbəsinin tam olaraq və Binəqədi rayonu, Motodrom ərazisinin, Biləcəri qəsəbəsinin bir hissəsinin qaz təchizatı dayandırılacaq. 

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi islam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi keçirəcək. 

Bu gün Bakıdakı Rus Evində “Rusiyanın Hərbi Şöhrət Günü” münasibətilə İkinci Dünya müharibəsinə həsr olunan “Nürnberq” filminin premyerası olacaq. 

Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Riyadda ağırlıqqaldırma üzrə kişilər və qadınlar arasında dünya çempionatı keçiriləcək. Sentyabrın 17-dək davam edəcək Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 894 atlet (469 kişi və 425 qadın) mübarizə aparacaq. Onların arasında Azərbaycan milli komandasının üzvləri də olacaq.

Bu gün Rumıniyanın Mamaya şəhərində yeniyetmə şahmatçıların Avropa Çempionatına start veriləcək. Mötəbər turnirdə 8, 10, 12, 14, 16 və 18 yaş kateqoriyalarında Avropan ın ən yaxşı şahmatçıları müəyyənləşəcək. Qitə yarışında Azərbaycan böyük nümayəndə heyəti ilə təmsil olunacaq. Rumıniyada 44 şahmatçımız medallar uğrunda mübarizə aparacaq. 

İsrail Knessetinin sədri Amir Ohana Gürcüstana rəsmi səfərə gəlib. Bu gün o, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşəcək, bundan sonra onlar birgə mətbuata bəyanatla çıxış edəcəklər. Ohana həmçinin Baş nazir İrakli Qaribaşvili, xarici işlər naziri İlya Darçiaşvili və Ali Məhkəmənin sədri Nino Kadagidze ilə görüşəcək.