İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Dövlət İmtahan Mərkəzində bu gündən etibarən imtahan protokolları və materialların emalına başlanılacaq. 

Tovuzda 11 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham olunan İlkin Süleymanova bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hökm oxunacağı gözlənilir. 

Futbol üzrə milli komandamız bu gün Bakı Olimpiya Stadionunda bir araya gələcək. Canni De Byazinin kollektivi sabah 21 yaşadək futbolçulardan ibarət milli ilə yoldaşlıq oyunu keçirəcək. 

Türkiyəli futbolçu Burak Yılmaz bu gün gələcək karyerası ilə bağlı mətbuat konfransı keçirəcək. 

Apple bu gün WWDC tədbirində iOS 17 xüsusiyyətlərini nümayiş etdirəcək.

ABŞ Prezidenti Cozef Bayden və Danimarkanın baş naziri Mette Frederiksen bu gün Ağ Evdə görüşəcək. Görüşdə bir sıra məsələlərlə yanaşı, Ukrayna Silahlı Qüvvələrinin pilotlarının dördüncü nəsil qırıcıların, o cümlədən F-16-ların istifadəsi üçün təlimi müzakirə olunacaq.