Bu gün Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti postuna namizədliyi irəli sürüləcək.

İqtisadiyyat.az bildirir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Hakim Ədalət və İnkişaf Partiyası və Milliyətçi Hərəkat Partiyası (MHP) bu gün saat 15.00-da Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə bağlı Ali Seçki Qurumuna müraciət edəcək.

Qeyd edək ki, seçkilər mayın 14-ü baş tutacaq.