Bu gün Azərbaycan Premyer Liqası çərçivəsində 19-cu turun son iki oyunu keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu günün ilk qarşılaşması Şamaxı şəhərində baş tutacaq. Yerli klub "Səbail"i  qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Turun ikinci və əsas matçı "Sabah"la "Neftçi" arasında baş tutacaq. "Bank Respublika Arena"da baş tutacaq matç saat 19:00-da start götürəcək .