Azərbaycanda bəzi bələdiyyələrdə qanun pozuntuları aşkarlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə (2024-cü il üzrə) əksini tapıb.

Belə ki, korrupsiya ilə mübarizə çərçivəsində aşkarlanmış qanun pozuntuları ilə bağlı məlumatlar hüquq-mühafizə orqanlarına göndərilib.

Qeyd edilib ki, 51 halda ciddi qanun pozuntusu müəyyən edilib, 21 iş üzrə cinayət işi açılıb.

Qeyri-qanuni torpaq satışı, mənimsəmə və saxtakarlıq faktları araşdırılıb, müxtəlif bələdiyyə sədrləri və vəzifəli şəxslərə qarşı cinayət işləri başlanıb.