Yaponiyanın aparıcı avtomobil istehsalçısı "Toyota"nın avqust ayında istehsal və satış həcmi rekord səviyyəyə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlumata görə, bu müddət ərzində 798 min avtomobil istehsal edilib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,1% çoxdur. Eyni zamanda, şirkətin satış həcmi 9,8% artaraq 853 min ədədə çatıb.

Qeyd edək ki, ötən il "Toyota" 10,48 milyon avtomobil sataraq, artıq üçüncü ildir ki, qlobal avtomobil satışlarında birinci olub.

 

Gözəl Həşimova