Koreya Hava Yolları ilə uçan sərnişinlərdən qarşıdakı həftələrdə təyyarəyə minməzdən əvvəl çəkilərinin ölçülməsi istəniləcək.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, qərar Seuldakı tənzimləyicilərə təyyarələrin çəkisi və balans standartlarını yeniləməkdə kömək etmək üçün qəbul edilib.

Məlumata görə, avqustun 28-dən etibarən Seulun "Gimpo" hava limanında tərəzi stansiyaları quraşdırılacaq. Aviaşirkət hər bir sərnişinin çəkisini və əl yükünü qeyd edəcək və bu qeydlər ölkənin Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyinə göndəriləcək.

Nazirlik daha sonra bu məlumatlardan bir sərnişinin orta çəkisini hesablamaq üçün istifadə edəcək. Bildirilib ki, artıq çəkili sərnişinlər daha çox pul ödəməli olmayacaq və toplanan bütün məlumatlar anonimləşdiriləcək.

 

Gözəl Həşimova