"Belçikada həftəsonu Brüsseldə konsert zalında terror aktı planlaşdıran 4 ekstremist həbs edilib". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə krallığın prokurorluğu məlumat yayıb.

"Belçika polisi Brüsseldə keçən həftəsonu həbs edilmiş dörd şübhəlinin konsert zalında terror aktı törətməyi planlaşdırdığını öyrənib. Cəhdin qarşısı alınıb. Hücumun bir neçə həftə ərzində baş verəcəyi gözlənilirdi", - prokurorluğun bəyanatında deyilir.

Qeyd edək ki, bazar günü Belçika polisi terror aktına hazırlıqla bağlı aparılan istintaq çərçivəsində biri azyaşlı olmaqla 4 nəfərin həbs edildiyini açıqlayıb.