Britaniyanın “British Airways” aviaşirkəti uçuşların gecikməsinə görə üzr istəyib.

British Airways-in Antiqua və Barbudadan planlaşdırılan bəzi reyslərinin gecikməsi səbəbilə sərnişinlər Antiqua hava limanında 20 saat gözləyiblər. “British Airways”dən isə bildirilib ki, bəzi reyslər texniki problemlərə görə təxirə salınıb.

Bu arada “British Airways” problemin həll olunduğunu və uçuşların davam etdiyi bildirib.