Böyük Britaniyada qitələrarası ballistik raketin (ICBM) buraxılışı zamanı səhv atəş açılıb və raket sınağ atışını izləyən “HMS Vanguard” sualtı qayığının göyərtəsində olan müdafiə naziri Qrant Şappsın yaxınlığına düşüb.

Bu barədə İqtisadiyyat.az “The Sun” qəzetinə istinadən xəbər verir.

Raket altı min kilometr qət etməli və daha sonra Braziliya ilə Qərbi Afrika arasında dənizə düşməli idi. Britaniya müdafiə rəsmiləri uğursuz buraxılış barədə təfərrüatları açıqlamayıblar.

Fevralın 2-də ölkənin dəniz qüvvələrinin ABŞ-nin şərq sahilindən 90 kilometr aralıda “ICBM” ballistik raketlərini sınaqdan keçirəcəyi açıqlanıb.