Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.

İqsadiyyat.az xəbər verir ki, bununla bağlı səfir özünün “Twitter” hesabında Azərbaycan dilində paylaşım edib.

Paylaşımda deyilir:

“Dünya və Azərbaycan müsəlmanlarını Ramazan bayramı münasibəti ilə təbrik edirəm! Allah tutduğunuz orucları qəbul etsin!”