Avstraliya və Yeni Zelandiya ilə azad ticarət sazişləri bu gecədən qüvvəyə minəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin bəyanatında bildirilir.

Həmin müqavilələr çərçivəsində bu ölkələrə bütün malların ixracında gömrük rüsumları ləğv ediləcək. Sövdələşmələrin ölkələr arasında rəqəmsal ticarəti artırması, eyni zamanda Böyük Britaniya istehlakçıları üçün daha rəqabətli qiymətlər yaratması gözlənilir.

İngiltərənin azad ticarət müqavilələri əsasında Avstraliya ikitərəfli ticarətin yüzdə 53-ü ilə Yeni Zelandiya isə yüzdə 59 faiz artacağı hədəflənir.