Britaniya Ukraynaya "Bulldog" zirehli personal daşıyıcıları göndərəcək.

Bu barədə Britaniya müdafiə naziri Ben Uolles parlamentdə çıxışı zamanı bildirib.

Zirehli maşınların sayı açıqlanmayıb. London, həmçinin Kiyevə onlarla pilotsuz uçuş aparatı və “Startstreak” zenit-raket kompleksləri göndərəcək.

Yeni yardım paketinə "Challanger 2” tankları, 8 AS90 silahı daxil olacaq və onların sayı daha da artırılacaq. Bundan əlavə, siyahıya 100.000 artilleriya mərmisi daxildir.

Müdafiə naziri bildirib ki, bu hərbi yardım Ukraynadakı müharibənin gedişatını dəyişdirə və Rusiya qoşunlarını sıxışdırıb çıxara bilər.