Böyük Britaniyada kirayə və kommunal ödənişlərin hədsiz artması səbəbindən minlərlə restoran bağlanır.

Bu barədə İqtisadiyyat.az "Sputnik İnternational"a istinadən xəbər verir.

Məlumata görə, ötən ilin yanvar-sentyabr ayları arasında hər gün 10-dan çox restoran bağlanıb.

Bildirilib ki, ölkədə lisenziyalı binaların sayı 3,6% azalaraq 103,682-dən 99,916-ya düşüb. Bünunla da Britaniyadakı restoranların ümumi sayı tarixdə ilk dəfə 100 mindən aşağı düşüb.

 

Gözəl Həşimova