Böyük Britaniyada təxminən 8 milyon iş yerinin süni intellekt səbəbindən risk altında olduğu təxmin edilir.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Londonda yerləşən “Institute for Public Policy Research” analitik mərkəzinin təhlilində deyilir.
Məlumata görə, Britaniya hökuməti lazımi tədbirlər görməsə, ölkədə süni intellektlə bağlı böyük miqyasda məşğulluq itkiləri ola bilər.
Bildirilib ki, hazırda süni intellektin ən çox təsir etdiyi vəzifələrə verilənlər bazası idarəçiliyi, katiblik, müştəri xidmətləri və təşkilati işlərin daxil olduğu inzibati işlər daxildir.
Daha optimist ssenariyə görə, ölkədə 4,4 milyon iş yeri yoxa çıxa bilər, lakin ümumi daxili məhsulun 6,3 faizini təşkil edən illik 144 milyard funt-sterlinq qazanc əldə edilə bilər.
Gözəl Həşimova