Böyük Britaniya Ukraynada davam edən müharibə ilə bağlı 206 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib.

Siyahıda Azərbaycan əsilli rusiyalı iş adamı, “LUKoyl” şirkətinin prezidenti Vahid Ələkbərov, Ukraynanın “Müxalif platforma - Həyat naminə” partiyasının siyasi şurasının sədri Viktor Medvedçuk və s. şəxslər yer alıb.