Böyük Britaniya hökuməti müsəlmanların ibadət yerlərinin, məktəblərin və icma mərkəzlərinin təhlükəsizliyinə qarşıdakı 4 il ərzində 117 milyon funt-sterlinq maliyyə ayrılacağını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, müsəlman qurumlarının təhlükəsizliyi üçün son bir ildə 29,4 milyon funt-sterlinq xərclənib.

Açıqlamada, yəhudi qurumlarının təhlükəsizliyi üçün qarşıdakı 4 ildə 70 milyon funt-sterlinq maliyyə vəsaitinin ayrılacağı bildirilib.

Qeyd edilib ki, müsəlman əhali yəhudi əhalidən 14 dəfə çoxdur.

 

Gözəl Həşimova