Böyük Britaniya kibermüdafiəni gücləndirmək üçün Ukraynaya 16 milyon funt sterlinq (20,48 milyon dollar) ayıracaq.

İqtisadiyyat.az xəbər verir ki,bunu Böyük Britaniyanın baş naziri Rişi Sunak deyib.

“Bu qərar Ukraynanın keçən il vəd etdiyi 6,35 milyon funt-sterlinqə əlavə olaraq Rusiyaya qarşı növbəti əks-hücum əməliyyatına başladığı bir vaxta təsadüf edir. Daha 9 milyon funt-sterlinq potensial olaraq beynəlxalq müttəfiqlərdən gələ bilər”-deyə, o bildirib.

Qeyd olunub ki, yardım paketi Ukrayna əsgərlərinin Rusiya ordusunun müvəqqəti işğal olunmuş ərazilərdən sıxışdırmağa davam etdiyi bir vaxtda Kiyevə mühüm milli infrastrukturu Rusiyanın hücumlarından qorumaqda kömək edə bilər.