İllər sonra Premyer Liqaya yüksələn "Brentford" İvan Toneyin şokunu yaşayır. Ulduz futbolçu İngiltərə Futbol Assosiasiyasının (FA) qaydalarını pozub. İvan Toney də 262 mərc oyun pozuntusunun əksəriyyətini etiraf edib.

İqtisadiyyat.az xəbər verir ki, ittihamlar üzrə özünü təqsirli bilən 26 yaşlı hücumçu Federasiya tərəfindən böyük məbləğdə cərimələnə bilər.

FA İvan Toney ilə bağlı qərarını bu həftə açıqlayacaq.  Ulduz futbolçu Premyer Liqanın qalan hissəsində oynamamaq cəzası ala bilər.